Doktorant və dissertantlar üçün “İxtisasa giriş” adlı seminar keçirilib

Tarix: 10.10.2023
Paylaş:

10 oktyabrda ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən 2023-cü ildə doktoranturaya qəbul olmuş fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertantlar üçün “İxtisasa giriş” adlı ilk seminar təşkil edilib.

Seminarın məqsədi doktorant və dissertantlara təhsil müddəti ərzində görəcəkləri işləri izah etmək, onları gözləyən mərhələlər barədə geniş məlumat vermək olub.

İlk olaraq Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova 2023-cü ildə həyata keçirilən doktoranturaya qəbul prosesi, nəticələri və yekun barədə məlumat verib.

Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov doktorantların qarşısında duran işlər və doktorantın yol xəritəsi haqqında əhatəli danışıb.

Seminar sual-cavab formatında davam edib.