“Təbiət fənninin təlimində spesifik yanaşma” adlı vebinar baş tutacaq

Tarix: 11.10.2023
Paylaş:

20 oktyabr saat 19:00 – da Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun moderatorluğu ilə “Təbiət fənninin təlimində spesifik yanaşma” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində təbiət dərsliyi üzrə müəlliflər Yalçın İslamzadə, Rəşad Səlimov, Elmar İmanov və Famil Ələkbərov, fənni tədris edən Sabunçu rayonu 107 saylı tam orta məktəbin müəllimi Mayıl Məmmədov və Quba Dağlı kənd məktəbinin müəllimi Lalə Bədəlova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.