“Tənqidi təfəkkür və problem həlletmə bacarıqlarını necə inkişaf etdirməli”

Tarix: 12.10.2023
Paylaş:

ARTİ tərəfindən müəllimlərə metodik dəstək məqsədilə “Tənqidi təfəkkür və problem həlletmə bacarıqlarını necə inkişaf etdirməli” mövzusunda videoresurs hazırlanıb.

Videoresursda tənqidi təfəkkürün şagirdlərdə formalaşdırılmasının əhəmiyyəti, qarşıya çıxan problemlərin həll edilməsində rolundan bəhs edilir. Problemin müəyyənləşdirilməsi, təhlili, həlli üçün səmərəli yolun tapılması və mərhələli şəkildə həll edilməsi üçün tənqidi təfəkkürün əhəmiyyəti barədə məlumat, eləcə də şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmaq üçün bir sıra üsullar təqdim edilmişdir.