ARTİ Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən müəllimlərə metodik dəstək məqsədilə hazırlanmış “Təlimdə diferensial yanaşma” mövzusunda videoresurs təqdim edilib.
Videoresursda şagirdlərin müxtəlif şəxsiyyət tipinə, öyrənmə tərzinə, potensialına və maraq dairəsinə əsasən təlim prosesinin təşkilini təmin etmək üçün diferensial yanaşmadan necə istifadə etməsinin əhəmiyyəti barədə məlumat verilib.