Təhsil İnstitutu “Ümumtəhsil məktəblərində Nizami Gəncəvi yaradıcılığının tədrisi məsələləri” adlı metodik vəsait hazırlayıb.
Metodik tövsiyə 2 bölmədən ibarətdir: Nizami Gəncəvi əsərlərinin tədrisi və Nizami Gəncəvi əsərləri tərbiyə vasitəsi kimi.
Birinci bölmədə: Ümumtəhsil məktəblərində Nizami Gəncəvinin həyat və yaradıcılığının tədrisi tarixindən, Nizami Gəncəvi söz haqqında və onun tədrisdə məktəblilərə aşılanması, Azərbaycan tarixinin tədrisində Nizami Gəncəvi irsinin öyrədilməsi məsələləri, Azərbaycan dili təlimində Nizami yaradıcılığından istifadə imkanları, ikinci bölmədə isə Nizami Gəncəvi əsərlərində dəyərlər, ailə dəyərləri və bunların şagirdlərə aşılanması imkanları, Nizami Gəncəvi əsərləri vasitəsilə şagirdlərdə əxlaqi keyfiyyətlərin formalaşdırılması, Nizami Gəncəvi əsərləri vasitəsilə məktəblilərin estetik tərbiyəsi haqqındadır.
Metodik tövsiyədən məktəb rəhbərləri, müəllimlər, metodistlər təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilər.
Ümumtəhsil məktəblərində Nizami Gəncəvi yaradıcılığının tədrisi məsələləri