Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi barədə məlumat

Tarix: 16.10.2023
Paylaş:

Sentyabr ayının 8-dən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Qeyd edək ki, müsahibə mərhələsi 14 oktyabradək davam edib.

Xatırladaq ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri, 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. 14 oktyabr tarixində sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak edib.

Nəzərinizə çatdırırıq ki, müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Sertifikatlaşdırma prosesində iştirak edən bütün təhsilverənlərə uğurlar arzulayırıq!