“Həyat bilgisi fənninin məzmununa dair yeniliklər” adlı vebinar keçiriləcək

Tarix: 17.10.2023
Paylaş:

23 oktyabr saat 21:00 – da Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Həyat bilgisi fənninin məzmununa dair yeniliklər” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Həyat bilgisi kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvləri Elşad Yunusov və Gülər Mehdiyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.