Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2023) təşkil olunacaq

Tarix: 18.10.2023
Paylaş:

1-10 dekabr tarixlərində Tailandın Banqkok şəhərində Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2023) təşkil olunacaq.

17 sentyabrda Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasına (IJSO 2023) seçmə imtahanının I mərhələsi təşkil olunub. Birinci mərhələnin nəticələrinə əsasən seçilən şagirdlərlə 36 saatlıq intensiv dərslər təşkil edilib. Daha sonra isə 15 oktyabrda seçmə imtahanının II mərhələsi təşkil olunaraq 6 nəfərlik komanda müəyyən edilib.

Komandada Bakı şəhəri, Kaspi liseyinin şagirdi Valehli İbrahim Məhəmməd oğlu, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri Xəlilzadə Murad Fuad oğlu, Həsənova Nəzrin Tofiq qızı, Ağakişiyev Rəsul Fuad oğlu, Mustafayev Ülvi Elman oğlu, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Yaqublu Dilarə Əfrail qızı iştirak edir.

Sözügedən olimpiadada şagirdlərimizə uğurlar arzu edirik !