Riyaziyyat fənnindən beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanının ilk mərhələsi keçiriləcək

Tarix: 19.10.2023
Paylaş:

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalarda məktəblilərimizin nailiyyətləri ildən ilə artmaqdadır. Şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən dərslərə qoşulmaqla ilboyu hazırlıqlarını davam etdirirlər.

2023-2024 tədris ili üçün 29 oktyabr saat 10:00-da aşağı yaş qrupu üzrə (8-ci və 9-cu siniflər) riyaziyyat fənnindən beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanının ilk mərhələsi onlayn qaydada təşkil olunacaq. Həmin imtahana qeydiyyatdan keçərkən mütləq qaydada işlək email ünvanının qeyd olunması xahiş olunur. Uğurlu nəticə göstərən şagirdlərə növbəti mərhələ ilə bağlı məlumat həmin email ünvanına göndəriləcək. İmtahana keçid linki aşağıda qeyd edilib:

https://bit.ly/48TzSi9