Tərbiyəçi və loqoped vəzifəsi üzrə işə qəbul

Tarix: 19.10.2023
Paylaş:
İnternat və internat tipli təhsil müəssisələrinə tərbiyəçi və loqoped vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
Vakansiya seçimi 23 oktyabr saat 11:00-dək davam edəcək.
Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq. Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
Vakansiya seçimində iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!