Təhsil İnstitutu “Ümumtəhsil məktəblərində tərbiyə işinin təşkili” adlı metodik vəsait hazırlayıb

Tarix: 23.10.2023
Paylaş:

Metodik vəsaitdə valideynlərin pedaqoji maarifləndirilməsi uşaq və yeniyetmələrin tərbiyəsində mühüm vasitə kimi, təlim prosesində şagirdlərə estetik dəyərlərin aşılanması imkanları, şagirdlərdə vətəndaşlıq tərbiyəsinin və sağlam həyat tərzinin formalaşdırılması, beynəlxalq təcrübədə şagirdlərin əmək və iqtisadi tərbiyəsi işinin məzmununun öyrənilməsi, ümumtəhsil məktəblərində tərbiyə işinin məzmunu haqqında olan mövzulardır.

Metodik tövsiyədən məktəb rəhbərləri, müəllimlər, metodistlər təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilər.

Ümumtəhsil məktəblərində tərbiyə işinin təşkili