İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçiriləcək

Tarix: 25.10.2023
Paylaş:

29 oktyabr saat 11:00-da Bakı Mühəndislik Universitetində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı təşkil ediləcək.

Seçmə imtahanında 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə qalib və finalçı şagirdlər dəvət edilib.

Qeyd edək ki, informatika fənni üzrə hazırlıq prosesi “Azercell Telecom”un dəstəyi ilə həyata keçirilir.

Bütün iştirakçılara uğurlar arzu edirik!