25 oktyabr 2023-cü ildə V siniflər üçün yeni riyaziyyat dərslik komplektinin müəllifləri ilə uyğun fənn müəllimlərinin onlayn görüşü keçirilib.
Görüşdə müasir riyazi təhsil və yeni dərsliklərin səciyyəsi, V sinif riyaziyyat dərsliyinin konsepsiyası, yeni kurikulum və 4-cü siniflərdə keçirilən TIMSS-2019-un nəticələri müzakirə edilib. Daha sonra müəllimləri narahat edən problemlər araşdırılıb, suallar cavablandırılıb.