Məktəbin İnkişaf Planı ilə əlaqədar görüşlər keçirilib

Tarix: 27.10.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində metodiki görüşlər keçirilib.

Görüşlər 25 – 26 oktyabr tarixlərində 91, 162, 238, 242, 260 və 265 nömrəli tam orta məktəblərdə təşkil edilib. Metodiki görüşlər zamanı məktəb rəhbərləri və metodbirləşmə sədrləri ilə bir sıra mövzularla bağlı müzakirələr aparılıb.

Görüşlərin keçirilməsində məqsəd məktəb heyətinin müvafiq suallarını cavablandırmaq, həmçinin növbəti fəaliyyətləri planlaşdırmaq və prosesin gedişinə dair ümumi müzakirələr aparmaqdır.

Görüşlərin sonunda məktəblər üzrə müvafiq MİP-lər direktorlar tərəfindən imzalanıb və təhvil alınıb.

Qeyd edək ki, ARTİ MDPİM tərəfindən MİP-in reallaşdırılması çərçivəsində növbəti məktəblərdə də görüşlərin təşkili planlaşdırılır.