İnsan Resursları Mərkəzi aparıcı mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir

Tarix: 30.10.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

Elektron şəbəkə və proqram təminatı işlərində dəstək olma;

Əsas texniki problemləri təyin etmə və həll etmə bacarığı;

Qeyd olunan istiqamətdə araşdırılmaların aparılması və müvafiq təkliflərin verilməsi.

Tələblər:

• İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya oxşar sahələr üzrə ali təhsil (İT ixtisası üzrə sertifikatlar arzuolunandır);

• Müvafiq sahədə iş təcrübəsi;

• Xarici dil bilikləri: rus dili və ingilis dili bilikləri (texniki səviyyədə);

• Proqramlaşdırma dilləri üzrə təməl biliklər (məsələn, Java, Javascript, Python və s.);

• Microsoft Office proqramları ilə işləmə qabiliyyəti;

• Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

• Komandada işləmə bacarığı;

• Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı.

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.  

Vakansiya üçün müraciət etmək istəyən namizədlər “Mövzu” hissəsində “Aparıcı mütəxəssis” sözünü qeyd etməklə öz CV-lərini irm@arti.edu.az elektron poçt ünvanına göndərə bilərlər.