Məktəbin İnkişaf Planı ilə əlaqədar görüşlər davam edir

Tarix: 01.11.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində keçirilən metodiki görüşlər davam edir.

Görüşlər 27 – 31 oktyabr tarixlərində 111, 159, 276 və 284 nömrəli tam orta məktəblərdə təşkil edilib. Metodiki görüşlər zamanı məktəb rəhbərləri, pedaqoji heyət və metodbirləşmə sədrləri ilə bir sıra mövzularla bağlı müzakirələr aparılıb.

Görüşlərin keçirilməsində məqsəd məktəb heyətinin müvafiq suallarını cavablandırmaq, həmçinin növbəti fəaliyyətləri planlaşdırmaq və prosesin gedişinə dair ümumi müzakirələr aparmaqdır.

Görüşlər zamanı həmçinin müəllimlərin fərdi peşəkar inkişaf planları müzakirə edilib. Eyni zamanda məktəb heyətinin müxtəlif təlim ehtiyacları MDPİM əməkdaşları tərəfindən qeydə alınıb.

Qeyd edək ki, ARTİ tərəfindən noyabr ayından adıçəkilən məktəblərin pedaqoji heyəti üçün bir sıra təlim, seminar və görüşlərin keçirilməsi planlaşdırılır.