Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun, Azərbaycan Pediatriya Assosiasiyasının və Ümidli Gələcək STİB-nin təşkilatçılığı ilə 30-31 oktyabr, 1 noyabrda “XXI əsrdə valideyn-uşaq münasibətləri” mövzusunda milli-mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi üzrə fasilitator və təlimçilər üçün təlim kursu keçirilib.
Təlimdə Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov “Şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri: məsuliyyət və imtiyazların əlaqələndirilməsi amili” və “Yaradıcı inkişaf və şagirdlərə yaradıcılıq hissinin aşılanması” mövzularında təqdimat edib.
Təlimin sonunda iştirakçılara sertifikat və “Valideyn-uşaq münasibətləri ” adlı uşaq tərbiyəsi üzrə vəsait təqdim olunub.
Keçirilən təlimdə Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi, Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, təlim Azərbaycan İlahiyyat İnstitutunda baş tutub.