29 oktyabrda riyaziyyat fənni üzrə 8 və 9-cu siniflər arasında beynəlxalq olimpiadalara hazırlıq dərsləri üçün keçirilən seçmə imtahanın birinci mərhələsinin nəticələri elan olunub.
Nəticələrə əsasən, 60% və daha artıq (15 və daha yüksək doğru cavab) bal toplayan şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
İkinci mərhələ ilə bağlı məlumatlar isə Regional Təhsil İdarələrinə, həmçinin birinci mərhələdə qeydiyyat zamanı qeyd edilən mail ünvanlarına göndəriləcək.