ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Sumqayıt Dövlət Universitetində infosessiya keçiriblər

Tarix: 06.11.2023
Paylaş:

Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Gülnar Tahirli “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” mövzusunda məlumatlandırma sessiyası zamanı milli kvalifikasiyalar çərçivələrinin mahiyyəti, əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verib.

Təlimdə AzMKÇ-nin məqsədləri, səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və tanınmasında daşıdığı funksiyalar barəsində ətraflı informasiya təqdim edilib. Sessiya şöbənin digər əməkdaşı Mehriban Eyvazovanın “ADDİE modeli” mövzusunda təqdimatı ilə davam edib. Burada əsas məqsəd pedaqoji dizayn modeli olan “ADDİE modeli” barəsində müəllimləri məlumatlandırmaq olub. Təlim zamanı bu modelin 5 mərhələsindən istifadə edərək təhsil proqramlarının yazılmasındakı üstünlüklər, təlimin və öyrənmə təcrübəsinin effektivliyini, səmərəliliyini artırmaq üçün istifadə haqqında geniş müzakirə aparılıb.

Təlim sual cavab sessiyası ilə davam edib.