İnformatika fənni üzrə sınaq imtahanı təşkil ediləcək

Tarix: 07.11.2023
Paylaş:

 

Artıq 4 ildir ki, Azərbaycan məktəblilərinin beynəlxalq informatika olimpiadalarında qazandıqları nailiyyətlər uğurla davam edir. 29 oktyabr 2023-cü ildə Bakı Mühəndislik Universitetində əvvəlki ilin RFO informatika fənni üzrə finalçıları arasında seçmə imtahanı keçirilib.

Şagirdlər arasında informatika olimpiadalarına olan marağı nəzərə alaraq bütün iştirakçılara açıq şəkildə imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahan https://codeany.org/az/ platfoması üzərindən icra ediləcək. İştirakçılar hesab yaratmaq üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçib yarışmaya (https://codeany.org/az/competitions) qatıla bilərlər: https://codeany.org/az/users/register

Qeydiyyat 9 noyabr, saat 11:30-da bitəcək.

Yarış 9 noyabr 12:00-dan etibarən başlayaraq 3 saat davam edəcək.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.