“Refleksiv müəllim” layihəsi ilə bağlı seminarları davam edir

Tarix: 07.11.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi ilə bağlı seminarları davam etdirir.

6 noyabrda Bakı şəhəri Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənni üzrə seminar təşkil olunub. Məktəbin ibtidai sinif müəllimi Lalə Novruzova IV sinif “Azərbaycan dili” dərsliyində olan “Pənahəli xan” mövzusu üzrə icmal təqdim edib.

Seminar zamanı dərsin mərhələləri, dərsdə reallaşdırılan məzmun standartları və inteqrasiya, məqsəd və qiymətləndirmə meyarlarının standarta əsasən müəyyən olunması, qrup işinin mahiyyəti və dərsin məqsədlərinə müvafiqliyi, qrup işinin qiymətləndirilməsi, iş üsulları, ev tapşırığının dərsin məqsədinə uyğun verilməsi məsələləri müzakirə edilib.

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.