9-cu Bakı Beynəlxalq Kitab Sərgisində ARTİ-nin təşkilatçılığı ilə hazırlanan yeni dərsliklərin sərgisi həyata keçirilir

Tarix: 13.11.2023
Paylaş:

11-15 noyabrda Bakı Ekspo Mərkəzində baş tutan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində ARTİ-nin təşkilatçılığı ilə hazırlanan yeni dərsliklərin sərgisi həyata keçirilir.

Qeyd edək ki, 14 noyabr saat 15:00 da Bakı EXPO Mərkəzində “Xudafərin təqdimat zonası”nda dərslik müəllifləri ilə “Yeni dərsliklər” mövzusunda panel müzakirə keçiriləcək. Müzakirədə Azərbaycan dili, riyaziyyat, təbiət, fizika, kimya, biologiya, coğrafiya, həyat bilgisi fənləri üzrə yeni hazırlanan dərsliklərin məzmunu və strukturu üzrə müvafiq məlumatlar veriləcək, iştirakçıların sualları cavablandırılacaq.

Əlavə olaraq bildirək ki, sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.