Beynəlxalq olimpiadalara hazırlıq dərsləri üçün keçirilən seçmə imtahanının 2-ci mərhələsi yekunlaşıb

Tarix: 13.11.2023
Paylaş:

Riyaziyyat fənni üzrə VIII və IX siniflər arasında beynəlxalq olimpiadalara hazırlıq dərsləri üçün keçirilən seçmə imtahanının 2-ci mərhələsi yekunlaşıb.

Bakı və Naxçıvan şəhərində keçirilən imtahanda ümumilikdə 150 nəfər şagird iştirak edib. İmtahanın nəticələri 20 noyabr tarixindən etibarən arti.edu.az saytında elan ediləcək.