7 noyabrda ARTİ tərəfindən Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransında (NASCO XXVI) iştirak edəcək doktorantlar və gənc tədqiqatçılar üçün onlayn təlim təşkil olunub.
Təlimdə spiker qismində ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin əməkdaşı Həsən Əlili çıxış edərək təqdimat hazırlanması qaydalarından və təqdimat edərkən nələrə diqqət yetirilməli olduğundan bəhs edib.
Yekunda ARTİ-nin direktor müavini İlham Cavadov və Təhsildə innovasiyalar şöbəsinin digər əməkdaşı Aytən Məhərrəmova iştirakçıların konfransla bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu 17-18 noyabr 2023-cü il tarixində doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirir.
Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.