Respublika fənn olimpiadalarına qeydiyyat elan olundu

Tarix: 13.11.2023
Paylaş:

 

13 noyabr saat 15:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start verildi. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər:

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 16 dekabrda, X-XI siniflər üçün 17 dekabrda, digər fənlər üzrə isə 24 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+994507914631) “Whatsapp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət edə bilərsiniz.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər həyata keçirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Qeyd edək ki, Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.