Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO) iştirak edəcək milli komandanın iştirakçılarına laboratoriya hazırlığı keçirilib

Tarix: 14.11.2023
Paylaş:

Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) ölkəmizi uğurla təmsil edirlər.

Cari ilin dekabr ayının ilk 10 günlüyündə Tailandın paytaxtı Banqkok şəhərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO) təşkil ediləcək. Bununla əlaqədar seçmə imtahanları əsasında müəyyən olunan 6 nəfərlik milli komanda üzvlərinə müntəzəm olaraq nəzəri və praktiki dərslər keçirilir. Belə ki, noyabr ayından etibarən UFAZ-da fəaliyyət göstərən laboratoriya otaqlarında Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO) iştirak edəcək milli komandanın iştirakçılarına laboratoriya hazırlığı keçirilib.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.

Bütün şagirdlərə uğurlar arzu edirik!