“Refleksiv müəllim” seminarları davam edir

Tarix: 20.11.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi ilə bağlı seminarları davam etdirir.

Noyabrın 16-da Bakı şəhəri Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənni üzrə seminar təşkil olunub. Məktəbin ibtidai sinif müəllimi Gültəkin Lətifova IV sinif “Azərbaycan dili” dərsliyində olan “Qarabağ xanlığı” mövzusu üzrə icmal təqdim edib.

Seminar zamanı dərsin planlaşdırılması, hər bir fəaliyyətə ayrılan vaxtın təyini, dərsliklə iş, tədqiqatın aparılması mərhələsi, məqsəd və qiymətləndirmə meyarlarının standarta əsasən müəyyən olunması, qrup işinin mahiyyəti, həmçinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.