ARTİ metodist hazırlığı təlimlərini davam etdirir

Tarix: 29.11.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən məktəblərdə metodik xidmətə cəlb olunacaq metodistlərin hazırlığı istiqamətində təlimlər davam edir.

Müxtəlif regionların ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iştirak etdiyi təlimlərdə təhsilverənlərlə dərsin planlaşdırılması, şagirdyönümlü təlimdə səmərəli öyrənmənin təşkili mövzuları üzrə müzakirələr aparılıb. Təlim prosesində müəllimlər həmçinin praktik tapşırıqlar yerinə yetiriblər.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkilinə dəstək məqsədilə peşəkar metodistlərin hazırlanmasıdır.