Data analitikası və təhsil tədqiqatı qrupunun beşinci təlim görüşləri baş tutub

Tarix: 29.11.2023
Paylaş:

27-28 noyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatı qrupunun beşinci təlim görüşləri baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd strateji məqsədlərin müəyyən edilməsi və strateji sənədin layihəsinin formalaşdırılması, strateji məqsədlərə uyğun Fəaliyyət Planının hazırlanması, təhsil layihələrinin müzakirəsi və onların formalaşdırılması (ad, məqsədlər, məlumat mənbəyi və metodologiya) olub.

Təlimlərdə spiker qismində Srdcan Verbiç, moderator qismində isə Boris Curkoviç və Maya Yukiç çıxış ediblər. Təlimlər zamanı iki gün ərzində iştirakçılar Data Analitikası Strategiyasının müzakirəsi, Fəaliyyət Planı üzrə təkliflərin hazırlanması üzrə qrup işi aparıb və yekunda nəticələri təqdim ediblər. Təlimlərin sonunda iştirakçılarda ARTİ-nin data analitikası üzrə imkanların təkmilləşdirilməsinə dair mümkün faəliyyətlərin müzakirəsi ilə bağlı ilkin bacarıqlar formalaşdırılıb.

Qeyd edək ki, sözügedən işçi qrupunda 37 nəfər iştirak edir.