RFO-nun rayon (şəhər) mərhələsi üzrə buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır

Tarix: 29.11.2023
Paylaş:

29 noyabr saat 10:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 16 dekabrda, X-XI siniflər üçün 17 dekabrda, digər fənlər üzrə isə 24 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+994507914631) “Whatsapp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət edə bilərsiniz.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.