Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub

Tarix: 01.12.2023
Paylaş:

1 dekabrda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub.

“Dissertasiyanın tərtibi qaydalarına dair” adlı seminar 2023-cü ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub.

Seminarın spikeri institutun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov mövzu ilə bağlı məruzə edib.

Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov və pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov seminar iştirakçılarını maraqlandıran suallara cavab verib.