RFO-nun rayon/şəhər mərhələsində informatika fənni üzrə qeydiyyatdan keçən şagirdlərin nəzərinə!

Tarix: 05.12.2023
Paylaş:

 

İnformatika fənni üzrə iştirakçıların mühit ilə tanış olmaları məqsədi ilə sınaq rejimində avtomatik qiymətləndirmə sistemi vasitəsi ilə contest.az platforması üzərindən yarış keçirilir.Şagirdlər onlara təqdim edilən istifadəçi adları və şifrələr vasitəsi ilə daxil olub yarış mühitini sınaqdan keçirə bilərlər. İstifadəçi adları və şifrələr əlavədə təqdim edilib. Sınaq rejimində olan yarışın nəticələri heç bir halda əsas yarışa təsir etmir və şagirdlərə əlavə təcrübə qazanmasına köməklik göstərmək məqsədi daşıyır. Həmçinin, iştirakçılar və müəllimlər ötən tədris ilində informatika fənni üzrə rayon (şəhər) mərhələsində təqdim edilmiş suallarla https://basecamp.eolymp.com/az/contests/29909 keçidi vasitəsi ilə tanış ola bilərlər.

Qeyd edək ki, yarışa 4 dekabr 2023-cü il tarixindən start verilib və yalnız 9 dekabr 2023-cü il tarixinə qədər aktivdir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

İstifadəçi adı və şifrə