Təhsil İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü keçirilib

Tarix: 12.12.2023
Paylaş:

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev açıb. O, ümummilli lider Heydər Əliyevin bütün həyatını, ömrünü xalqın rifahı üçün həsr etməsindən danışıb. Təhsil sahəsində ulu öndərin ideyalarının hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

İnstitutun direktor müavini İlham Cavadov Heydər Əliyevin təhsil sahəsində, milli kadrların hazırlanması, gənclərin maariflənməsi, xalqın təhsil şəraitinin yaxşılaşdırılması istiqamətlərində misilsiz xidmətlərini vurğulayıb.

İnstitutun direktor müavini Aydın Əhmədov Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb.

Daha sonra institutun şöbə müdiri İntiqam Cəbrayılov ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə, müəlliminə verdiyi dəyəri və tarixi ideyaları barədə məruzə edib.

İnstitutun əməkdaşı Natiq Axundov isə vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyevin öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr etdiyini bildirib.