Təhsil İnstitutunun əməkdaşları və dərslik müəllifləri tərəfindən pilot siniflərdə monitorinqlərə başlanılıb.
Monitorinqlərdə yeni dərslik komplektlərinin pilot sınağının gedişini müşahidə etmək, müəllim-şagird-valideyn üçlüyünün rəy və təkliflərini öyrənmək və qarşıya çıxan problemlərlə bağlı lazımı tövsiyələr vermək nəzərdə tutulur.
Qeyd edək ki, yeni dərsliklərin sınaq prosesi ümumi təhsil müəssisələrinin bir sinfində həyata keçirilir.