İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarında iştirak edəcək olan şagirdlərin diqqətinə!

Tarix: 14.12.2023
Paylaş:

16 və 17 dekabr 2023-cü il tarixlərində Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi təşkil ediləcək.

Tapşırıqların həllinin yoxlanılması və qiymətləndirilməsi üçün proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə Sistemindən istifadə olunur.

https://algo.az/ saytı üzərindən müxtəlif regionlara uyğun zamanlarda iştirakçılar qeyd edilən keçidlər vasitəsilə onlara təqdim edilən istifadəçi adı və parolları daxil edərək müsabiqədə iştirak edə bilərlər. 4-9 dekabr 2023-cü il tarixlərində yarış mühiti ilə tanış olmaq məqsədilə virtual sınaq imtahanı təşkil edilib: https://bit.ly/3NqOso8

Əlavə təlimat videosu ilə tanış olmaq istəyənlər keçiddə yerləşdirilən video ilə tanış ola bilərlər: https://rb.gy/ry1cxg

Bütün iştirakçılara uğurlar arzulayırıq!