Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir

Tarix: 14.12.2023
Paylaş:

 

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 14 dekabr saat 11:00-dan 21 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Namizədlərin hər birinə uğurlar arzulayırıq!