İnformatika fənni üzrə RFO-nun rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

Tarix: 18.12.2023
Paylaş:

 

İnformatika fənni üzrə RFO-nun rayon (şəhər) mərhələsi VIII və IX sinif şagirdləri üçün 16 dekabr, X və XI sinif şagirdləri üçün isə 17 dekabr 2023-cü il tarixində təşkil edilib.

Yarış əsnasında avtomatik qiymətləndirmə sistemi vasitəsilə VIII sinif şagirdlərinin göndərdiyi 3986 həll, IX sinif şagirdlərinin göndərdiyi 4477 həll, X sinif şagirdlərin göndərdiyi 5291 həll, XI sinif şagirdlərinin göndərdiyi 3657 həll olmaqla, ümumilikdə 17411 həll icra edilib. Nəticələrə əsasən 100 bal və daha yuxarı toplamış şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanıb.

Yarış hal-hazırda analiz modunda bütün iştirakçılar üçün aktivdir. Sinfindən asılı olmayaraq birinci turda iştirakçı kimi qeydiyyatdan keçmiş hər kəs https://algo.az/ saytına öz istifadəçi adı və parolu ilə daxil olaraq bütün təqdim edilmiş tapşırıqları həll edə bilər. Analiz modunun nəticələri birinci tura heç bir halda təsir etmir, sagirdlərin əlavə təcrübə qazanması üçün təşkil edilib.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”-ın baş sponsorluğu ilə təşkil edilir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Nəticələr