Təhsil İnstitutu ixtisas fənlərindən doktorluq imtahanları keçirib

Tarix: 20.12.2023
Paylaş:

20 dekabr 2023-cü il tarixində Elmi pedaqoji kadrların hazırlanması şöbəsi Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün ixtisas fənlərindən doktorluq imtahanlarının payız sessiyasını keçirib.

Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisaslarından keçirilən imtahanlar ARTİ-nin direktoru Elnur Əliyevin sədrlik etdiyi müvafiq komissiyalarda təşkil edilib.

Müvafiq komissiyada təşkil olunan doktorluq imtahanlarında doktorantlar məqbul qiymətlər alıb.