Təhsil proqramları (fənn kurikulumları) ictimai müzakirəyə çıxarılıb

Tarix: 22.12.2023
Paylaş:

Fənlər üzrə təkmilləşdirilmiş təhsil proqramlarını (fənn kurikulumları) ictimai müzakirəyə təqdim edirik.

Təhsil proqramları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” əsasında təkmilləşdirilib.

İctimai müzakirədə iştirak etmək istəyənlər ARTİ-nin rəsmi səhifəsinin “Fəaliyyətimiz” bölməsində (https://shorturl.at/ckKL2) Azərbaycan dili (tədris dili), riyaziyyat, kimya, biologiya, həyat bilgisi və təbiət fənləri üzrə təkmilləşdirilmiş təhsil proqramları ilə tanış ola bilərlər.

Qeyd edək ki, rəy, təklif və iradlarınızı tsp@arti.edu.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Təhsil proqramlarının təkmilləşdirilməsində ictimaiyyəti fəal olmağa dəvət edirik.