6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma yarışı keçiriləcək

Tarix: 25.12.2023
Paylaş:

 

Son illərdə məktəblilərimizin informatika fənni üzrə proqramlaşdırma müsabiqələrində nailiyyətləri yüksəlməkdədir. Tendensiyanı nəzərə alaraq 6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma sahəsinə marağı olanları dəstəkləmək üçün yeni il tətili ərəfəsində – 28 dekabr saat 15:00-dan 18:00-dək  proqramlaşdırma yarışı keçiriləcək. Yarış Azərbaycan və rus dillərində təşkil olunacaq.

Müvafiq linklərə daxil olmaqla qeyd olunan tarixdə yarışda iştirak edə bilərsiniz:

https://codeany.org/az/competition/62;

https://codeany.org/ru/competition/62

Bütün iştirakçılara uğurlar arzulayırıq!