Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Tarix: 25.12.2023
Paylaş:

24 dekabrda ölkənin bütün şəhər və rayonlarında 143 imtahan mərkəzində Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 62760 şagird qeydiyyatdan keçib.

İnformatika fənni üzrə olimpiadalar isə 16-17 dekabr tarixlərində keçirilib.

Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən elm yarışıdır. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilir.

Qeyd edək ki, Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.