Təhsil İnstitutu təkmilləşdirilməkdə olan Azərbaycan dili (tədris dili) fənn kurikulumunun müzakirəsini təşkil edib

Tarix: 26.12.2023
Paylaş:

20 dekabr 2023-cü ildə Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan Azərbaycan dili (tədris dili) fənn kurikulumunun müzakirəsi təşkil edilib. Müzakirədə Dövlət İmtahan Mərkəzi, AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universtiteti, Sumqayıt Dövlət Universiteti və Xəzər Universitetinin Azərbaycan dili fənni üzrə ekspertləri iştirak edib.

Görüşdə Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib, Azərbaycan dili (tədris dili) fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun rəhbəri Rafiq İsmayılov Azərbaycan dili (tədris dili) fənni üzrə kurikulumda edilən dəyişikliklər haqqında geniş məlumat verib. Daha sonra müzakirədə iştirak edən qurumların nümayəndələri aparılan təkmilləşdirilmələrə dair rəy və təkliflərini səsləndirib və tədbir qarşılıqlı müzakirə formatında davam edib.

Təkmilləşdirmə zamanı məzmun standartlarının konkret və anlaşılan formada təqdim edilməsi, hər altstandart üçün izahın verilməsi və müvafiq sinifdaxili fəaliyyətin tövsiyə olunması xüsusilə təqdirəlayiq hesab edilib.