ARTİ MDPİM Məktəbin İnkişaf Planının reallaşdırılması çərçivəsində fəaliyyətlərini davam etdirir

Tarix: 30.12.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə fəaliyyətləri davam etdirir.

Bu məqsədlə 21 – 28 dekabr tarixlərində 91, 265 və 276 nömrəli tam orta məktəblərdə “Dərsin planlaşdırılması” mövzusunda təlimlər keçirilib. Təlimlərdə müəllimlərlə illik və gündəlik planlaşdırmanın hazırlanması istiqamətində müzakirələr aparılıb, onlarla praktiki fəaliyyətlər həyata keçirilib. Belə ki, müəllimlər dərsin gündəlik planlaşdırmasına dair nümunə hazırlayıb, həmçinin qarşıya çıxan problemlərlə bağlı mülahizələrini bildiriblər.

Qeyd edək ki, MİP çərçivəsində həyata keçirilən fəaliyyətlərin icrası prosesində müəllimlər peşəkarlıqlarını inkişaf etdirmək üçün öz metodiki və pedaqoji ehtiyaclarına uyğun təlim, seminar və metodik görüşlərdə iştirak edirlər. ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.