Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

Tarix: 10.01.2024
Paylaş:

24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu ilə bağlı məlumatlar tezliklə paylaşılacaq.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

RFO -keçid faizləri