ARTİ Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində fəaliyyətlərini davam etdirir

Tarix: 15.01.2024
Paylaş:

Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə fəaliyyətlər davam etdirilir.

Bu məqsədlə 8 – 12 yanvar tarixlərində 91 və 111 nömrəli tam orta məktəblərdə müxtəlif fənn müəllimləri ilə metodik görüşlər təşkil edilib.

Görüşlər dərsin məqsədinə uyğun planlaşdırılmasının öyrənmə prosesinin effektivliyinə təsiri barədə olub. Belə ki, müəllimlər dərsin gündəlik planlaşdırılmasına dair hazırladıqları nümunəyə əsasən qarşıya çıxan problemlərlə bağlı mülahizələrini bildiriblər. Bununla yanaşı, təlimlərdə müəllimlərlə gündəlik planlaşdırma nümunələrinə baxılıb, konstruktiv rəy verilib.

Qeyd edək ki, 2023–2024-cü tədris ilinin birinci yarımilliyində ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən məktəblərdə bütün fənn müəllimlərinə dərsin planlaşdırılması mövzusunda 24 saatlıq təlim keçirilib.