Təhsil İnstitunun Layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi, p.f.d., Məhəbbət Paşayevanın “Biologiyanın tədrisində interaktiv təlim metodlarından istifadənin imkanları və yolları” adlı monoqrafiyasını təqdim edirik.
Monoqrafiya biologiyanın tədrisi metodikası və pedaqogika sahəsində əhəmiyyət kəsb edən müasir elmi əsərdir. Əsərdə həm nəzəri həm paktik aspektdən müasir didaktik məsələlər öz əksini tapmışdır. Pedaqoji prosesin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün dəyərli materiallarla zəngindir. Yeni pedaqoji texnologiyalar araşdırılaraq orta ümumtəhsil məktəblərinin biologiya dərslərində onların tətbiq olunma imkanları və yolları işlənib təqdim edilir. Monoqrafiya orta ümümtəhsil məktəblərində çalışan biologiya müəllimləri, metodistlər, pedaqogika sahəsində mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.
Müvafiq keçidə daxil olmaqla monoqrafiya ilə tanış ola bilərsiniz:
Biologiyanın tədrisində interaktiv təlim metodlarından istifadənin imkanları və yolları