202 nömrəli tam orta məktəbin riyaziyyat müəllimləri ilə görüşü keçirilib

Tarix: 19.01.2024
Paylaş:

Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin əməkdaşı Gülnar Aşurova və yeni hazırlanan riyaziyyat dərsliklərinin həmmüəllifi Günay Hüseynzadənin 202 nömrəli tam orta məktəbin riyaziyyat müəllimləri ilə görüşü keçirilib.

Görüşdə dərsliklərin hazırlanması, sınaq prosesi və kütləvi istifadəyə verilmədən əvvəl təkmilləşdirilməsi barədə məlumat verilib.

Ümumi orta təhsil pilləsi üçün yeni hazırlanan 5 və 6-cı sinif riyaziyyat dərsliklərinin məzmunundakı yeniliklər müəllim heyətinin diqqətinə çatdırılıb. Müəllimlərin yeni dərsliyin tədrisi ilə bağlı fikirləri dinlənilərək onların suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, məktəbin 5 və 6-cı siniflərində yeni hazırlanan dərsliklərin sınağı həyata keçirilir. Görüşdə həmin sinifdə yeni dərsliyi tədris edən müəllimlər fikir və təkliflərini səsləndirib, öz təcrübələrini həmkarları ilə bölüşüb.

Sonda belə görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyəti vurğulanıb.