Beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdləri üçün imtahan təşkil edilib

Tarix: 22.01.2024
Paylaş:

Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdləri üçün imtahan təşkil edilib.

İmtahan nəticələrinə əsasən aşağı yaş qrupu üzrə yüksək nəticə göstərən 5 şagirdə və yuxarı yaş qrupu üzrə yüksək nəticə göstərən 12 şagirdə 22 yanvar-1 fevral tarixlərində qış düşərgəsi təşkil olunacaq.

Düşərgənin keçirilməsində əsas məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsidir.