Qeyd olunan STEAM Mərkəzlərində koordinasiya işləri üzrə vakansiyalar elan olunur!
STEAM Mərkəzləri:
1) Xırdalan STEAM Mərkəzi (Xırdalan şəhər 11 nömrəli tam orta məktəb)
2) Masazır STEAM Mərkəzi (Masazır 6 nömrəli tam orta məktəb)
3) Sumqayıt STEAM Mərkəzi (Sumqayıt şəhər “İstedad” liseyi)
4) Saray STEAM Mərkəzi (Saray qəsəbəsi 2 nömrəli tam orta məktəb)
5) Mingəçevir STEAM Mərkəzi (Mingəçevir şəhər 9 nömrəli tam orta məktəb)
6) Tovuz STEAM Mərkəzi (Tovuz rayon Bozalqanlı kənd tam orta məktəb)
Vəzifə öhdəlikləri:
— STEAM Mərkəzində fəaliyyətin təşkili və hesabatların hazırlanması;
— STEAM Mərkəzlərində dərsdənkənar məşğələlərin təşkili;
— STEAM Mərkəzində təlimlərin təşkili;
— Regiondakı məktəblərin şagirdləri üçün Mərkəzdə ekskursiyalarının təşkili;
— Ölkə üzrə keçirilən yarış və müsabiqələrə hazırlıq prosesinin təşkili, region üzrə yarış və müsabiqələrin təşkili və koordinasiyasının aparılması.
Müraciət etmək istəyənlər CV-lərini 22-24 yanvar 2024-cü il tarixinə qədər cv@steam.edu.az ünvanına göndərə bilər. CV göndərərkən mütləq mövzu bölməsində hansı STEAM Mərkəzi üçün müraciət olunduğunu qeyd etmək lazımdır. (Misal üçün: Saray STEAM Mərkəzi).
Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun təyin olunacaqdır.
Tələblərə uyğun olan CV sahibləri ilə 1 fevral 2024-cü il tarixinə qədər əlaqə saxlanılacaq.