25 yanvar saat 20:00 – da Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Təkmilləşdirilmiş Azərbaycan dili fənn kurikulumu” adlı vebinar baş tutacaq.
Vebinarda spiker qismində Azərbaycan dili fənn kurikulumunun işçi qrupunun üzvləri Rafiq İsmayılov və Aynur Rüstəmova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.